Aİ İsrailə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Aİ komissarları çərşənbə günü Qəzzada apardığı müharibəyə görə İsrailə qarşı yeni sanksiyalar tətbiq etməyə razılaşacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Paula Pinho jurnalistlərə açıqlamasında  bildirib:

“Sabah komissarlar İsraillə bağlı tədbirlər paketi qəbul edəcəklər”.

Qeyd edək ki, yeni sanksiyalar arasında, xüsusilə Aİ ilə İsrail arasındakı müqavilələrdə müəyyən ticarət müddəalarının dayandırılması təklifi də yer alır.

Şəbnəm

Gununsesi.info