Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

  • By admin
  • 22 Noyabr 2020 10:09

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.

Gununsesi.info