Ağ Evdən Türkiyə açıqlaması

  • By arzu
  • 31 May 2023 11:21

Amerika Birləşmiş Ştatlarından (ABŞ) Türkiyəyə “F-16” satışı haqqında açıqlama səsləndirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Cin Pierre Amerika Prezidenti Co Baydenin Türkiyəyə “F-16” satışına yönəlik dəstəyinin uzun müddətdir ki, dəqiq olduğunu bildirib.

HTML tutorial

Pierre açıqlamasında Amerikanın bu satış üçün İsveçin NATO-ya üzvlüyü kimi bir şərtinin olmadığını bildirib.

Jurnalistlərin suallarını cavablayan xanım siyasətçi Bayden-Ərdoğan görüşümdə Amerika liderinin İsveçin NATO-ya qatılması yönündəki güclü istəyinin olmasını da dilə gətirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info