
Almaniyada məscidlərə hücumlar davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən gecə naməlum şəxslər tərəfindən “İslam İcması Milli Gorus Hannover Mərkəzi” məscidinə molotof kokteyli ilə hücum olunub.
Hücumla bağlı məlumatı İslam İcması Milli Fikir Təşkilatının sədri Kamal Ergün bildirib.
Hücumda məscidin aşağı mərtəbəsindəki restoranın şüşələri sındırılıb, çöldəki oturacaq qrupları isə yandırılıb.
Kamal Ergün məscidə edilən hücumu ən sərt şəkildə qınayaraq, hücumun tez bir zamanda aydınlaşdırılması və cinayətkarların qanun qarşısında cavab verməsi üçün araşdırmalar aparacağını bildirib.
Qeyd edək ki, 2022-ci ildə Almaniyada 35 məscidə hücum olunub.
Tərcümə:
Şəbnəm
Gununsesi.info