AFFA-nın əməkdaşı intihar etdi - 30 YAŞINDA

Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqusun 8-i gecə saatlarında Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Ramal Mirzəyev AFFA-nın əməkdşıdır. O, Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının inzibatçısı vəzifəsində çalışıb.

Gununsesi.info