
“Mən həbsdə olanda bir çox sənət və incəsənət xadimlərinin mənim üçün narahat olduqlarını və məni dəstəkləyərək əllərindən gələni edənlər də oldu. Onlardan biri Afaq xanım Bəşirqızı idi”.
Gununsesi.info xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov bildirib.
Azərbaycanın xalq artisti Afaq Bəşirqızı ilə birgə fotosunu paylaşan Mənsimov xalq artistinin onu ziyarətə gəldiyini yazıb:
“Mərd xanım, gözəl insan! Bakıdan gəlib qonağım olaraq şərəf verdiniz. Masamın baş köşəsində hər zaman yeriniz var, bunu unutmayın.
Sizin kimi dəyərli insanların varlığı bizim üçün bir dəyərdir. Mərdliyinizə, dürüstlüyünüzə, yanımda olduğunuza görə minnətdaram!”
Gununsesi.info