Açıq havada maska taxmaq ləğv olunur? – TƏBİB-dən açıqlama

“Açıq havada maskadan istifadənin ləğvilə bağlı qaydalar hazırlanır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yeni qaydaların tətbiqilə yaxın vaxtlarda açıq havada maska taxılması ləğv oluna bilər:

“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.