Təmir etdiyi maşınının altında qaldı

  • By admin
  • 19 May 2021 21:34

Şirvanda “Mercedes” 31 yaşlı kişinin üzərinə aşıb.

Gununsesi.info-nun  məlumatına görə, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Əliyev Şahin Zamiq oğlu öz avtomobilini təmir edən zaman avtomobili onun üzərinə aşıb.

Ağır xəsarətlər alan Ş.Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info