İsrail ordusu HƏMAS-ın tunel şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb

İsrail ordusu Qəzza sektorunda beş günlük aviazərbələr nəticəsində HƏMAS-ın tunellər şəbəkəsini zərərsizləşdirdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

İsrail ordusundan bildirilib ki, HƏMAS son 10 ildə Qəzzadakı evlərin altında tunel şəbəkəsi yaradıb. Tunellərdən İsrailə raket zərbəsi endirdikdən sonra gizlənmək üçün istifadə edilib.