Financial Times yazır ki, ABŞ Ukrayna ilə bağlı sərt tələblər səbəbindən Prezident Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammiti ləğv edib.
Moskva atəşkəs üçün Ukraynanın əlavə ərazi güzəştləri etməsini və NATO-ya qoşulmayacağına zəmanət verməsini tələb edib. Bu mövqedən sonra Vaşinqton sammitdən imtina edib.
Qəzet bildirir ki, qərar ABŞ dövlət katibi Marko Rubio və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığından sonra verilib. Rubio Trampa Moskvadan “danışıqlara hazır olmadığını” bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Kiyev yalnız Rusiya qoşunları işğal olunmuş əraziləri tərk etdikdən sonra sülh danışıqlarına başlaya bilər.













