
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Şəkiyə səfər edib.
Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən ölkənin səfirliyinin sosial şəbəkə hesabında səfirin adından fotolar və qeyd paylaşılıb.
Səfir qeyd edir:
“Şəkiyə ilk səfərimizdə Danusiya ilə mən gözəl Şəki xan sarayını və karvansaranı görüb zövq aldıq. İstedadlı yerli ustalarla tanış olduq və əlbəttə ki, Şəki mətbəxinin ləziz təamlarını da çox bəyəndik!”
Gununsesi.info