Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb.

 

Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb.

 

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info