“ABŞ-nin blokadası İranı danışıqlara məcbur edə bilər” -ŞƏRH

ABŞ -ın Hörmüzdə blokadası İranlı çətin vəziyyətlə üzləşdirir.

“ABŞ İrana qarşı blokadası nəticəsini verəcək. Tehran nə qədər təkzib etsə də Vaşinqtonla dialoqdadır”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“ABŞ Hörmüzdə İrana qarşı tətbiq etdiyi blokada Tehranın iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir etməkdədir. İran da sistem daxilində fikir ayrılıqları inkişaf edir. Demek olar ki, SEPAH -la prezident administrasiyası ABŞ-la dialoq məsələsində fikir ayrılıqlarına malikdir.

Ali dini rəhbər M. Xameneinin danışıqlara razılıq verilməsi barədə açıqlaması olmuşdu. Artıq SEPAH o açıqlamaya düzəliş edərək, Ali dini rəhbərin danışıqlara ehtiyac olmadığı bəyanatını verib”.

O əlavə edib ki, ABŞ SEPAH sarsıtmaq üçün iqtisadi blokadani inkişaf etdirəcək:

“İranın sosial və iqtisadi vəziyyəti ağırlaşdıqca, SEPAH daxilində parçalanmaya yol açması istisna deyil. İran sonunda ABŞ-la razılığa gələcək. İran çalışır ki, öz mövqeyini qoruyaraq danışıqlarda maksimum müsbət nəticələr əldə etsin. Amma, ABŞ SEPAH güclü şəkildə hakimiyyətdə qalmasına imkan verməyəcək”.

 

 

 

Şəbnəm

Gununsesi.info