Finlandiya Hərbi Hava Qüvvələrinin pilotları səmada cinsiyyət orqanı çəkdikləri üçün cəzalandırılıblar

  • By Admin2
  • 22 Aprel 2026 14:26

Finlandiyada Hərbi Hava Qüvvələri kursantları təlim uçuşu zamanı icazəsiz manevrlər etdiklərinə görə cəzalandırılıblar.

Gununsesi.info bu barədə Yerli “Iltalehti” nəşrinə istinadən məlumat verir.

Hadisə Tikkakoski Hava Bazasından qalxdıqdan sonra baş verib.

Uçuş izləmə xidməti Flightradar24-ün məlumatına görə, ən azı dörd təyyarə kişi cinsiyyət orqanlarına bənzər trayektoriyalar üzrə uçurdu.

Finlandiya Hərbi Hava Qüvvələrinin rəsmiləri qayda pozuntusunu təsdiqləyib və pilotların intizam məsuliyyətinə cəlb olunduğunu açıqlayıblar. Onlar hərbi personalın təlim zamanı belə düzgün davranış qaydalarına riayət etmələrinin gözlənildiyini vurğulayıblar.

Hərbi Hava Qüvvələri uçuşların təyin olunmuş təlim zonasında həyata keçirildiyini və digər təyyarələr üçün heç bir təhlükə yaratmadığını qeyd etdi. Təyyarə icazə verilən missiya zonasından kənara çıxmadı və uçuş təhlükəsizliyinə xələl gətirilmədi.

Orxan

Gununsesi.info