ABŞ Konqresindən və onun spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası yoxdur -AZAY QULİYEV

  • By admin
  • 18 Sentyabr 2022 20:25

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib. Spiker Pelosi sentyabrda Ermənistanın hərbi təxribatına məruz qalan Azərbaycana qarşı qətnamə hazırlandığını, ermənilər istəsə, onlara kömək etməyə hazır olduqlarını bildirib və eyni zamanda, ATƏT-in Minsk Qrupunu və “Qarabağ
münaqişəsi”ni yenidən “diriltməyə” çağırıb. Xanım
siyasətçi noyabr ayında ABŞ-da parlamentə keçirilən seçkilərdə ermənilərin daha çox xoşuna gəlmək üçün bir az da irəliyə gedərək başqa “dəhliz” sözünü qəbul etmədiyini, bir dəhliz var, o da Laçın dəhlizidir, deyərək Zəngəzur dəhlizinin əleyhinə olduğunu qeyd edib.

Əlbəttə, 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistanı deyil, təcavüzə və işğala məruz qalan Azərbaycanı cəzalandırmaq üçün “Azadlıq aktına “907-ci düzəlişi” qəbul edən ABŞ Konqresindən və onun spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası yoxdur.

Lakin, buna baxmayaraq, xanım Pelosinin bu cür
təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə
olan, revanşistləri daha da qızışdıran, iki xalq arasında
nifrət və düşmənçiliyi körükləyən bəyanatını qəti şəkildə
pisləyirik.

Erməni diasporunun əlində oyuncağa çevrilən və ABŞ-
Azərbaycan arasında strateji müttəfiqlik və dostluq
əlaqələrini ciddi şəkildə sarsıtmağa hesablanmış Pelosi
və onun kimi siyasətçilərin bu kimi yersiz və zərərli
bəyanatına Kongresin tərəfsiz və obyektiv üzvləri,
xüsusilə, Dövlət Departamenti tərəfindən adekvat
reaksiya verilməsini gözləyirik.

ABŞ-da və Fransada Pelosi kimi Azərbaycanı sevməyən
və ölkəmiz əleyhinə istənilən haqsızlılğı etməyə hazır
olan siyasətçilərin fəaliyyətini təhlil edən zaman bir daha
anlayırsan ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı
və Azərbaycan ordusu 44-günlük ikinci Qarabağ
savaşında Ermənistanı məğlub edərək torpaqlarını
işğaldan azad etməklə nə qədər böytük tarixi zəfərə və
başarıya imza atıb.

Bu zəfərin və qələbənin qiymətini daha çox bilək,
birliyimizi, gücümüzü və dövlətimizi daim qoruyaq!

Azay Quliyev

Milli Məclisin deputatı