Financial Times yazır ki, ABŞ-ın Ukrayna üçün hazırladığı yeni sülh planı “başlanğıc nöqtəsinə qayıdış” xarakteri daşıyır.
Məlumatı diplomatik mənbələrə istinadla dərc edən nəşr bildirir ki, planın sürətli irəliləyişi Avropa İttifaqını təəccübləndirib.
Avropa rəsmiləri narahatdır ki, ABŞ-ın planı çərçivəsində Donald Tramp Kiyevi Rusiyanın şərtlərini qəbul etməyə məcbur edə bilər.
Əks təqdirdə, Ukrayna ABŞ-ın hərbi dəstəyindən məhrum ola bilər.
Avropa İttifaqının bəzi rəsmiləri etiraf ediblər ki, planın bu qədər sürətlə irəliləməsi onları tam hazırlıqsız vəziyyətdə yaxalayıb və bu vəziyyət diplomatik balansı çətinləşdirir.
Afət













