ABŞ-da silahlı hücum baş verib, yaralı və ölən var -Fotolar

  • By ilhame
  • 04 Mart 2024 23:27

ABŞ-nın Kaliforniya ştatında bir qrup maskalı şəxs evin bağçasında keçirilən şənliyə silahlı hücum edib və insanlara atəş açıb.

 

Bu barədə şəhər polis idarəsindən açıqlama verilib.

 

Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

 

Şəxsiyyəti məlum olmayan hücumçular isə avtomobilləri ilə hadisə yerindən qaçıblar.

 

Hadisə ilə bağlı istintaq başladılıb.

Gununsesi.info