ABŞ-də hərbi helikopter qəzaya uğradı – Ölənlər var

ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz xəbər verib.

“Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb”, – Rivz “X”də yazıb.

Eyni zamanda, Missisipi Milli Qvardiyası özünün feysbuk səhifəsində “həlak olanlar haqqında məlumatların hələ təsdiqlənmədiyini” bildirib.

Hadisə yerində mütəxəssislər işləyir.

 

Gununsesi.info