
Xəbər verdiyimiz kimi, ABŞ-də Men ştatının Lyuiston şəhərində yerləşən əyləncə mərkəzlərinin birində silahlı insident nəticəsində 22 nəfər ölüb, onlarla insan isə yaralanıb.
Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden atışma qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bayraqların yarıya endirilməsi barədə əmr imzalayıb.
Bildirilib ki, Men ştatının rəsmiləri təşkil olunacaq mətbuat konfransında atışma ilə bağlı daha ətraflı məlumat verəcək.
Gununsesi.info