
Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun üzərində olan məhkumluq götürülüb. Sentyabrın 6-da Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyev buna qərar verib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ə.İnsanov məhkumluğunun vaxtından əvvəl götürülməsindən ötrü 6 ay əvvəl ərizə vermişdi.
2024-cü ilin mayından Binəqədi rayon Məhkəməsində bu məsələyə baxılırdı.
Sabiq nazir deyir ki, məhkumluq ona bir sıra məhdudiyyətlər yaradır.
Keçmiş səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilmişdi. Eks-nazirə 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Prezidentin 2019-cu ildə imzaladığı əfv sərəncamı ilə Ə.İnsanov azadlığa buraxılıb.
Gununsesi.info