
Tanınmış vəkil Zabil Qəhrəmanov müdafiə etdiyi həbsdə olan daha bir şəxsə bəraət verilməsinə nail olub.
Bu barədə Gununsesi.info-ya danışan vəkil bildirib ki, Şəmkir rayon Məhkəməsi hüquqlarını müdafiə etdiyi Coşqun Aslanov barəsində bəraət hökmü çıxarıb: “Cinayət Məcəlləsinin 234.1 ci maddəsi ilə təqsirləndirilən şəxs Aslanov Coşqun Yaşar oğlunun barəsində bəraət hökmü çıxardı. Qeyd edim ki, təqsirləndirilən şəxs 8 ay idi ki, həbsdə idi. Hakim Həvayət xanıma təşəkkür edirəm”.
Gununsesi.info