İspaniyada, qar fırtınasında bədən temperaturu 20,2 dərəcəyə qədər düşən və ürəyi təxminən 6,5 saat dayanan qadın 11 gün sonra xəsətəxanadan yeriyərək çıxıb.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, dekabrın 3-ü ölkənin şimal-şərqində həyat yoldaşı ilə gəzintiyə çıxan qadın qar fırtınasından geri dönməyib və bədəni donub.
Təxminən 3 saat sonra bölgədəki xilasetmə əməkdaşları tərəfindən helikopterlə xəstəxanaya aparılan 34 yaşlı qadının öldüyü düşünülüb.
Bədən temperaturu 20,2 dərəcəyə qədər düşən və 6,5 saat ürək vurğuları dayanan qadın həkimlərin səyi nəticəsində xilas edilib.
Həkimlər 11 gün sonra xəstəxanadan yeriyərək çıxan qadının sadəcə əl barmaqlarında uyuşma olduğunu və bədənində hər hansı bir qalıcı nevroloji problem olmadığını deyib.
COMMENTS