İsveç səfiri Türkiyə XİN-nə çağırıldı

  • By admin
  • 20 Yanvar 2023 22:30

Türkiyə ilə İsveç arasında yeni gərginlik yaranıb.

Gununsesi.info xəbər verir ki, İsveçin Ankaradakı səfiri XİN-nə çağırılıb.

HTML tutorial

Buna səbəb isə bu gün səhər saatlarında  İsveçin paytaxtı Stokholmdakı Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına polis göz yumub.

Türkiyə XİN-nin açıqlamasında deyilir:

“İsveçdəki Stokholm səfirliyimizin yaxınlığında müqəddəs kitabımız Qurani-Kərimin yandırılmasına icazə verildiyini öyrəndikdən sonra İsveçin Ankaradakı səfiri bu gün Nazirliyimizə çağırılıb.

Səfirə vurğulanıb ki, açıq-aşkar nifrət cinayəti olan bu təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyirik, İsveçin münasibəti qəbuledilməzdir, aksiyaya icazə verilməyəcəyini gözləyirik və müqəddəs dəyərlərin təhqir olunmasını qanun çərçivəsində müdafiə etmək olmaz.

Həmçinin, sabah PKK-ya bağlı dairələr Stokholmun mərkəzində nümayiş keçirəcəklərini açıqladılar; Bildirilib ki, terror təşkilatları və onların tərəfdarlarının təbliğat fəaliyyətinə icazə verilməsi Üçlü Ahitnamənin açıq şəkildə pozulmasıdır”.

 

Tərcümə:

Afət