Jurnalist Tamilla Qulami 44 günlük Vətən müharibəsi iştirakçısı olan, hazırda ağır vəziyyətdə yaşayan 24 yaşlı keçmiş əsgərlə bağlı paylaşım edib.
Gununsesi.info-nun xəbərinə görə, Tamilla Qulami qeyd edib ki, gənc cəmi üç ay əsgərlik edib və 44 günlük müharibə zamanı əmək qabiliyyətini itirib.
Onun sözlərinə görə, müharibədən artıq 6 il keçməsinə baxmayaraq, gəncə əlillik statusu və pensiya təyin edilməyib.
“Üç ayın əsgəri olub Raqil. 44 günlük müharibədə bu vəziyyətə düşüb, indi belə durumu ağırdır. Düz 6 ildir. 24 yaşı var, əmək qabiliyyətini itirib. Əlillik haqqı, pensiyası verilmir, imtina edilib”, – deyə Qulami yazıb.
Müəllif Tibbi Ekspertiza Mərkəzinin bu qərarı hansı əsaslarla qəbul etdiyini də sual edib.
“Şəkillərə baxanda düşünürəm ki, vicdanı necə itirmək olar, görəsən? Bu gənc ƏMƏK QABİLİYYƏTİNİ itirib! Tibbi Ekspertiza Mərkəzi nəyə əsasən bu qərara gəlib görəsən? Nə örnək qoyduğunuzun fərqindəsiniz??? Ayıbdır axı!” – deyə Tamilla Qulami bildirib.
Elmar












