Milli Məclisdə xaricdə Azərbaycan dilinin vəziyyəti müzakirə olunacaq

  • Müəllif: Firuzə
  • 21 Sentyabr 2026 10:24

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə məsələ Milli Məclisin İnsan Hüquqları Komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.

Sessiya müddətində “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi- xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi təmin edilməlidir.

Gununsesi.info