4 yaşlı uşaq su quyusuna düşüb öldü

  • By Admin2
  • 14 Mart 2026 12:10

Salyan rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub.

Gununsesi.info xəbər verir ki, hadisə martın 13-ü saat 12 radələrində Qaraçala qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2022-ci il təvəllüdlü Əli Pərvin oğlu Ağarzazadə həyətlərindəki su quyusuna düşərək ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info