32 il sonra doğma şəhərdə

  • By ilhame
  • 30 Yanvar 2024 22:06

Yanvarın 30-da Bakının Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Gununsesi.info-ya verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

Bu mərhələdə Laçına daha 23 ailə – 72 nəfər köçürülüb.

Bununla da Laçında 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

Gununsesi.info