
27 il əvvəl evini, eşiyini, gözəlliklər diyarı kəndlərini məcburi tərk edib başqa yerdə məskunlaşdılar onlar da, bütün Kəlbəcərlilər kimi.. Yağı düşmən onları da doğulduqları kənd kəsəkdən didərgin salıb, isti ocaqlarını söndürdülər. İllərlə həsrət qaldılar evlərinə, ocaqlarına, böyüdükləri kənd kəsəyə, Cənnət diyarlarına..
Bu gün o həsrətə son qoyuldu.. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlarının möhtəşəmliyi sayəsində bu sevinci yaşayanlar hamı bir ağızdan deyir :”Çox sagolun mübariz igidlərimiz, qazilərimiz, Allah şəhidlərimizə rəhmət eləsin!”
Gününsesi.infonun baş redaktoru, təsisçisi Pərviz Həşimli də bu gün o həsrətə son qoydu, evinə, eşiyinə, kəndinə qovuşdu.. Sosial şəbəkədə paylaşdıgı qeyd və şəkillərdən keçirdiyi hisslər necə də aydın görünür:
Keyləşmişəm.. Yuxudur?? Arxadakı 11 yaşımda tərk etdiyim evimizdir.. Kəndimizdə yadımda qalan ev, məktəb idi. Kəndimiz çox gözəldir..
Gözün aydın, Pərviz Həşimli! Həmişə elində, evində!
Məmmədova İlhamə
Gununsesi. info