
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, peşəkar diplomat Vilayət Quliyev 22 il əvvəl Şuşada gizli çəkilmiş fotoları yayımlayıb.
Gununsesi.info xəbər verir ki, səfir paylaşdığı fotoların ATƏT-in şəxsi nümayəndəsi Andjey Kasprşikin çəkdiyini bildirib.
“Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir. Şuşa muzeyinə hədiyyə edəcəyəm. Andjeyin bəlkə də yeganə xeyirli işidir…” – paylaşımda vurğulanır.