21-ci əsrin 100 ən yaxşı idmançısı açıqlandı

21-ci əsrin 100 ən yaxşı idmançısı açıqlandı

XXI əsrin 100 ən yaxşı idmançısının reytinqi açıqlanıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla bildirir ki, reytinqi İspaniyanın “Marca” qəzeti dərc edib.

Birinci yerdə üzgüçülük üzrə 23 qat Olimpiya çempionu Maykl Felps (ABŞ) qərarlaşıb.

İkinci yeri 8 qat Olimpiya çempionu, yamaykalı sprinter Hüseyn Bolt tutub. İlk üçlüyün sonuncusu “Böyük dəbilqə” seriyası turnirlərinin 20 qat qalibi, isveçrəli tennisçi Rodcer Federer olub.

Dördüncü yeri tennisçi Rafael Nadal, beşinci yeri basketbolçu Kobi Brayant tutub. Onluqda, həmçinin qolfçu Tayqer Vuds, “Barselona”nın futbolçusu Lionel Messi, Lyuis Hemilton (avtomobil yarışları), Valentino Rossi (motosikl yarışları) yer alıblar. Onuncu yerdə Turinin “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

 

 

Gununsesi.org

COMMENTS