
Azərbaycanda 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadi Şuranın növbəti iclasında bildirilib.
İclasda büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.
2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Gununsesi.info