2022-ci il üçün ehtiyac meyarının həddi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info-nun xəbərinə görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Gununsesi.info