
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən M. A. Abbaszade adına 20 nömrəli tam orta məktəbin 2023-2024 tədris ili üzrə pedaqoji şurasının ilk iclası keçirildi.
Gununsesi.info xəbər verir ki, iclasda prioritet məsələlər, qarşıya qoyulmuş məqsədlər, əvvəlki tədris ilində məktəbin uğurları haqqında təqdimatlar kollektivin nəzərinə çatdırıldı.
Pedaqoji heyət ilə geniş müzakirələr aparıldı.
İclasda qonaq qismində Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi Pərviz müəllim öz çıxışında gündəlik məsələlərlə bağlı öz tövsiyələrini verdi və məktəbə yeni tədris ilində uğurlar arzu etdi.
Gündəlik məsələlər səsə qoyuldu,çıxışlar dinlənildi və qərarlar qəbul edildi.
Şəbnəm
Gununsesi.info