Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, baş nazir Nikol Paşinyana müxalif olanlar Azərbaycanla sülh quruculuğunun əleyhinə olduqlarını gizlətmirlər. Seçki kampaniyasını genişləndirməyə çalışan eks-prezident Robert Köçəryan son müsahibələrindən birində deyib ki, “Tramp yolu” Ermənistana gəlir gətirməyəcək. Radikallarla əlaqəli olan saytlar da oxşar yazılar yayımlayaraq bildirirlər ki, Yaxın Şərqdəki hadisələrin fonunda “Tramp yolu”nun reallaşması guya sual altnıdadır, guya Vaşinqtonun bu layihəyə marağı azalıb, guya Avropa İttifaqı bu yolun əleyhinədir, halbuki, həmin dəhlizlə daşınacaq yüklərin son ünvanı məhz Avropa olacaq. Paşinyana məsləhət kimi olmasın, ancaq baş nazirin parlamentdəki çıxışlarının birində rəqiblərinə bu sualları ünvanlaması yerində olar: 1. “Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının əleyhinəsizmi?”; 2. “Ermənistan Azərbaycandan yanacaq almamalıdırmı?”; 3.“Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınmasının əleyhinəsizmi?”; 4. “Ermənistanı Azərbaycanla birləşdirən nəqliyyat yollarından imtinamı etməliyik?”
-
By Adminrehimova
- 30 Aprel 2026 11:54
DİGƏR XƏBƏRLƏR
-
29 Aprel 2026 16:30
Rusiya Xarici İşlər Nazirliyi Zelenskinin sülh istəmədiyini göstərən iki dəlil gətirdi
-
29 Aprel 2026 15:58
Sosial problemlərə niyə yalnız qısa müddət diqqət yetirilir?
-
29 Aprel 2026 14:48
Azərbaycan Avropa Parlamenti ilə münasibətləri kəsir?
-
28 Aprel 2026 16:51
Finlandiya prezidenti Rusiyanın tezliklə NATO-ya hücum edəcəyinə şübhə ilə yanaşıb
-
28 Aprel 2026 12:40
Azərbaycanlı şagird dünya birincisi oldu
-
27 Aprel 2026 13:06
Plan ifşa olunarsa, hüquqi və siyasi nəticələri çox ağır olar
-
23 Aprel 2026 14:24
“Fransa və Ermənistan arasında yaxınlaşma regionda güc balansını dəyişə bilər”
-
23 Aprel 2026 13:17
Sabah 25 dərəcə isti olacaq
-
23 Aprel 2026 13:03
Salam Sarvandan yeni şeirlər
-
23 Aprel 2026 11:19
Təhsil sisteminin informasiyalaşdırılmasında nöqsanlar aşkar edilib
-
22 Aprel 2026 13:38
İlham Əliyev Azərbaycan-Ermənistan sülh prosesindən danışdı
-
22 Aprel 2026 12:28
Azərenerji Açıq Səhmdar Cəmiyyətində audit zamanı ciddi nöqsanlar aşkarlanıb












