Anonim şikayətə görə sahibkara 1500 manat cərimə yazdı

Qida Təhlükəsizliyi işçiləri anonim şikayət üzrə 1500 manat cərimə yazıblar.

Gununsesi.info  xəbər verir ki, bunu jurnalist Elçin Rüstəmli sosial şəbəkə hesabında yazıb.

“Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bir tanışımızın marketinə 1500 manat cərimə yazıb.
Səbəb: sizdən anonim şikayət var, vaxtı ötmüş mal satmısız. Amma ortada nə həmin mal var, nə də şikayət, amma cəriməni yapışdırıb gediblər”.

Gununsesi.info