Milli Məclisin deputatı, dəyərli ziyalımız Səyyad Aranın “Azəriqaz” adının “Azərqaz” ilə əvəz olunması ilə bağlı fikrini tam dəstəkləyirəm.
Ümumiyyətlə, “azəri” sözü ilə başlayan bütün dövlət və rəsmi qurum adlarının bu ifadədən imtina etməsi vacibdir. Biz xalq olaraq azərbaycanlıyıq, millət olaraq isə böyük Türk ailəsinin ayrılmaz parçasıyıq.
Yaşadığımız coğrafi ərazimizi və dövlətçilliyimizi daha düzgün ifadə edən “Azər” sözü bizə daha doğmadır və dövlət qurumlarımızın adlarında istifadəsi həm məntiqli, həm də zəruridir.