Makron: "Fransa Rusiyadan gələn neft tankerini saxlayıb"

Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Aralıq dənizinin neytral sularında Rusiyadan gələn neft tankerini saxlayıb.

Gununsesi.info  xəbər verir ki, məlumatı Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə hesabında paylaşıb.

“Bu gün səhər Fransa HDQ beynəlxalq sanksiyalar tətbiq edilən və saxta bayraqdan istifadə etməkdə şübhəli bilinən Rusiya tankerini saxlayıb. Bu əməliyyat bir neçə müttəfiqimizin dəstəyi ilə həyata keçirilib” , – deyə o yazıb.

Fransa lideri məhkəmə araşdırmasının başladığını da əlavə edib:

“Biz beynəlxalq hüquqa riayət olunmasını təmin etməkdə və sanksiyaların effektivliyinə zəmanət verməkdə qərarlıyıq”.

Gununsesi.info