Ölkənin təhsil sistemi çoxdan çöküb. Təhsil islahatların elmi təminatının və strateji bazasının yoxluğu, qüsuru kadr və maliyyə siyasəti, tədris proqramları, dərsliklər, müəllim hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi sistemi, təlimlər, icra edilən layihələr, qrantlar v.s. hamısı çox bərbad haldadır.
Müəllimlər istəsə də, belə bir şəraitdə yaxşı nəticə əldə edə bilməzdilər.
Pis müəllim, pis şagird yoxdur. Pis təhsil sistemi və səriştəsiz menecerlər var. Əgər onlar həm də məsuliyyətsiz və tamahkardırlarsa, onda bu təhsilin, millətin faciəsidir. Təhsildəki ağır durumun səbəbkarı isə nazirliyin 25 il ərzində səmərəsiz və məsuliyyətsiz fəaliyyətidir.
Nazirlik yaxşı işləsəydi, qonşu ölkələrdə olduğu kimi, bizdə də normal elm və təhsil sistemi olardı.
Əgər nazirlik pis işləyirsə, onda bu qurumun əməkdaşlarına niyə maaş verilməlidir?
Verilən maaşlara da heyf olsun.
İslahatlara, layihələrə, qrantlara israf edilən milyonlara görə bəs kim cavabdeh olmalıdır?
Belə ziyanlı bir quruma və onun səriştəsiz menecerlərinə nə ehtiyac var?













