Velosipeddən yıxılan 9 yaşlı oğlan öldü

Ağdam rayonunda velosiped sürən azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Hüseyin Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və yıxılıb.

Nəticədə H.Baxçəliyevin başı daşa dəyərək hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info