Ərdoğan: Ermənistanın xain hücumlarına baxmayaraq, Azərbaycan…

  • By arzu
  • 09 Dekabr 2020 16:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərindən öncə Esenboğa Hava Limanında jurnalistlərə açıqlamalar verib.

Gununsesi.org “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan bildirib:

“Qarabağı işğaldan azad edən şəhidlərə Allahdan rəhmət diləyirəm. Türkiyə olaraq bu haqlı mübarizəyə dəstək göstərdik. Savaş müddətində Azərbaycan bu haqlı mübarizəsində öz fədakarlığını heç bir zaman əsirgəməmişdir. Ermənistanın mülki insanları hədəfə alan xain hücumlarına rəğmən, Azərbaycan öz  haqlı mübarizəsinə kölgə salmayıb. Qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə təcili şəfalar diləyirəm.  44 gün davam edən ağır mübarizə sayəsində bu gün ay və ulduz Qarabağ səmalarında dalğalanır.

Millətimiz və azərbaycanlı qardaşlarımız 30 illik haqsızlığa son qoyulmasının sevincini yaşayır. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycan xalqının haqlı sevincinə ortaq olacağıq. Can Azərbaycana olan dəstəyimiz bundan sonra da, davam edəcək. Azərbaycan xalqının haqlı sevincinə ortaq olacağıq.

Qarşıdakı dövrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparacağıq”.

Gununsesi.org