
Türkiyənin mərhum Baş naziri Bülent Ecevitin Demokratik Sol Partiya (DSP) 14 May seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bəyan edib.
Gununsesi.info-nun xəbərinə görə, dünən AKP liderinin müavini Binəli Yıldırımın DSP-ni ziyarət etməsindən sonra razılaşma elan olunub. Amma bu qərar DSP tabanının kəskin etirazı ilə qarşılanıb.
Belə ki, DSP-dən nazir, deputat olmuş 76 siyasətçi Millət İttifaqının vahid namizədi Kamal Klıçdaroğlunu dəstəklədiyini bəyan etdi. Bu gün isə hazırki sədr Öndər Ağsaqqalın 3 müavini Ərdoğanla bağlı qərara etiraz olaraq istefa verdi.
Partiyanın bölgə liderləri də ard-arda istefa bəyətanatları yayırlar.
Elmar
Gununsesi.info