Ərdoğan: Türkiyə İsraili hərbi cinayətkar elan edəcək

Türkiyə İsraili hərbi cinayətkar elan edəcək və bunu bütün beynəlxalq ictimaiyyət qarşısında edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk Hava Limanında təşkil olunan Fələstinə dəstək aksiyasında deyib.

“Biz İsraili hərbi cinayətkar elan edəcəyik, bu barədə beynəlxalq ictimaiyyətə məlumat verəcəyik, artıq bunun üzərində işləyirik” deyə Ərdoğan bildirib.

Gununsesi.info