Ərdoğan İsrailin Baş naziri Netanyahu ilə gördüşdü

  • By arzu
  • 20 Sentyabr 2023 10:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə bir araya gəlib.

Gununsesi.info xarici mətbuata istiadən xəbər verir ki, bu, İsraildə yenidən vəzifə başına gəldikdən sonra Baş nazir Netanyahunun Türkiyə Prezidenti Ərdoğanla ilk görüşüdür.

İki siyasətçi Nyu-Yorkdakı Türk Evində üz-üzə görüş keçiriblər.

Netanyahunun görüşə çoxlu sayda mühafizəçi ilə gəlməsi diqqətlərdən qaçmayıb.

 

Ərdoğan-Netanyahu görüşündə geniş heyətlərin olması görüntülərə düşüb.

Türkiyə tərəfində heyət arasında XİN başçısı Hakan Fidan, Prezidentin Rabitə Müdirliyi başçısı Fahrettin Altun, MİT Başqanı İbrahim Kalın və digərləri yer alıblar.

 

Tərcümə: Arzu

Gununsesi.info