
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün NATO-nun videoformatda keçiriləcək Liderlər Zirvəsinə qatılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Gündəliyin əsas məsələsi Ukrayna ətrafında baş verən hadisələr olacaq.
“Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhranı yaxından izləyir. Rusiyanın bu qərarı qəbuledilməzdir”,- Prezident Ərdoğan bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Seneqala səfəri zamanı Ukrayna Prezidenti Zelenski ilə telefonla danışıb.
Gununsesi.info