Əli Həsənov danışdı – Mən...

  • By turana
  • 18 Yanvar 2021 21:53

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri, Prezidentin köməkçisi olmuş Əli Həsənov barəsində yayılan xəbərlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, sabiq köməkçi sosial şəbəkə hesabında onun xaricdə tutularaq, Azərbaycana gətirilməsi barədə yazılanları böhtan adlandırıb.

 

Bir neçə xəbər saytının adını çəkən Əli Həsənov daha sonra qeyd edir: “Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.

 

Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.

 

Turanə  Tağızadə

Gununsesi.info