
“Azəravtoyol”un Mingəçevir şəhərindəki Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin rəhbəri Ağamirov Əli köçkünlər yaşayan ərazidə zibillik yaradır.
Bu barədə Mingəçevir şəhərində məskunlaşan bir qrup Kəlbəcər rayonunun məcburi köçkün ailəsi Gununsesi.info-ya bildirib.
Onların sözlərinə görə, Əli Ağamirov onlar yaşayan evlərin pəncərələrinin yaxınlığında zibillik yaradıb: “Dəfələrlə müraciət etməyimizə baxmayaraq, Əli Ağamirov buna əhəmiyyət vermir. Hətta həmin ərazilərə zibilyeşiyi qutuları belə qoydurmayıb, sadəcə kənardan insanlar zibilləri gətirib bizim pəncərənin altına tökürlər , bunun nə demək olduğunuda hər kəs yaxşı başa düşür.
Biz sizin saytınız vasitəsilə bu məsələni “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun diqqətinə çatdırmaq istəyirik. Biz hörmətli Saleh müəllimdən xahiş edirik ki, Əli Ağamirovun bu qanunsuz əməllərinə son qoyulsun.
Gununsesi.info