
“Əli Əliyev məhkəmə salonunda aclıq aksiyasına başladığını desə də təcridxanaya qayıdandan sonra bunu davam etdirmədi. O, yemək və su qəbul edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov bildirib.
Əli Əliyevin səhhətinin də normal olduğunu deyən PX sözçüsü ona qarşı hər hansı mənfi münasibətin olmadığını da dilə gətirib: “Qanunla müəyyən olunmuş qaydada hamı ilə necə davranılırsa, Əli Əliyevə də eyni münasibət var”.
Taryel İbrahimov
Gununsesi.info