“Əl-Cəzirə” televiziyasının əməkdaşı Qəzzada öldürüldü

İsrailin hücumlarının davam etdiyi Qəzzada daha bir jurnalist öldürülüb.

Gununsesi.info xəbər verir ki, Qətərdə yerləşən “Əl-Cəzirə” televiziyasının Qəzza ofisinin büro rəhbəri və müxbiri Vael Dahduhun oğlu jurnalist Həmzə Dahduh Qəzzanın Xan Yunis şəhərində İsrailin hücumu nəticəsində öldürülüb.

Vael Dahduh Qəzzada törədilən hücumlarda ailəsinin bir çox üzvünü, eləcə də həyat yoldaşı və uşaqlarını itirib.

Hökumətin Qəzzadakı Media Ofisindən 2 gün əvvəl verilən açıqlamada İsrailin Qəzza şəhərindəki Şifa Tibb Kompleksinə tətbiq etdiyi mühasirə zamanı yaralanan jurnalist Əkrəm Şafiinin həyatını itirdiyi bildirilib.

Şafiinin Fələstinin Səfa mətbuat agentliyinə yazdığı açıqlamada İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayının 107-yə yüksəldiyi vurğulanıb.

Gununsesi.info