
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
Bu barədə Komissiyadan məlumat verilib.
Bildirilib ki, bugünkü iclasda daxil olan müraciətlərə baxılacaq. Ümumilikdə indiyədək 500-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, 28 May Müstəqillik Günü münasibəti ilə ölkə başçısı tərəfindən Əfv sərəncamının imzalanacağı gözlənilir.
Gununsesi.info