
Ukraynada 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.
Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski deyib.
Pis hava şəraiti təkcə Krımı deyil, Ukraynanın materik hissəsini də vurub. Zelenskinin sözlərinə görə, ölkədə operativ qərargahların işə başladığı Odessa, Nikolayev, Kirovoqrad, Çerkass və Kiyev də daxil olmaqla, 10 regionda 400-ə yaxın yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Güclü qarın yağdığı da bildirilir.
“Mən pis hava şəraitinin hökm sürdüyü ərazilərdə Ukraynanın bütün vətəndaşlarından xahiş edirəm: Mümkün qədər diqqətli olun. Lazım gələrsə, müvafiq strukturlarımızla əlaqə saxlayın”, – deyə Zelenski vurğulayıb.
Gununsesi.info